“Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib”.
İnsider.az xəbər verir ki, bunu açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir”, - deyə qeyd edib.
Qeyd edək ki, bu layihənin hesabına 243 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq.
©Report