Bu gün Dünya Bankının vergi islahatlarına dəstək üzrə texniki yardım missiyası Bakıya gəlib.
İnsider.az xəbər verir ki, missiyaya Bankın daxili resursların mobilləşdiriməsi üzrə qlobal lideri Raul Feliks Xinquera-Varelanın (Raul Félix Junquera-Varela) rəhbərlik edir.
Sentyabrın 13-dək davam edəcək səfər çərçivəsində missiya Azərbaycan Vergilər Nazirliyində bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə İspaniyalı mütəxəssis DB-nin vergi islahatları ilə bağlı digər ölkələrdə olan təcrübəsini bölüşəcək.
©Report