Dünya Bankı (DB) məlumatların toplanmasında yol verilən pozuntuların araşdırılması zərurəti ilə əlaqədar dünyanın müxtəlif ölkələrində biznesin aparılmasının şərtlərini hər il qiymətləndirən "Doing Business" reytinqinin cari ilin oktyabr ayında dərc edilməsini dayandırmaq qərarına gəldi.
İnsider.az xəbər verir ki, bu barədə Bankın bəyanatında bildirilib.
Qeyd edilib ki, Doing Business reytinqinin dərc edilməsi (pozuntuların) qiymətləndirmə müddətində dayandırılacaq.
Dünya Bankı qeyd edir ki, son beş Doing Business nəşrinin "məlumat dəyişikliyinin sistematik baxılması və qiymətləndirilməsi" olacaqdır:
"2017-ci və 2019-cu illərin oktyabrında nəşr olunan Doing Business 2018 və Doing Business 2020 hesabatlarında məlumat dəyişiklikləri ilə əlaqədar bir sıra pozuntular qeyd edildi. Məlumat dəyişiklikləri Doing Business metodologiyası ilə uyğun gəlmir".
Təşkilat "əldə edilən nəticələr üzərində hərəkət edəcəklərini" və keçmiş nəşrlərdə "pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları düzəldəcəklərini" vurğuladı.
Trend.az