dunya-bankindan-2021-ci-il-uzre-neft-qiymeti-proqnozu

Dünya Bankından 2021-ci il üzrə neft qiyməti proqnozu!

Dünya Bankının son proqnozuna əsasən, bu il neftin bir barelinin orta qiyməti 44 ABŞ dolları təşkil edəcək.

Bu barədə Dünya Bankının "Global Economic Prospects" hesabatınd bildirilir.

Bu, 2020-ci ilin orta göstərici ilə müqayisədə 8,1% çoxdur. Bank tərəfindən 2022-ci ildə isə neftin qiymətinin 13,6% artaraq 50 dollara çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə xam neftin orta qiyməti 33,7% azalmışdı və ilkin hesablamalara görə, 41 dollar təşkil edib. Bank neftin orta qiyməti kimi "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətini götürür.

Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində nəzərdə tutulub.

APA