ABŞ Prezidenti Co Bayden “Mastercard”ın keçmiş baş direktoru Ajay Banqanın Dünya Bankının prezidentliyinə namizədliyini irəli sürüb.
Bu barədə cümə axşamı Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bu gün Prezident Bayden ABŞ-nin Dünya Bankının prezidentliyinə Ajay Banqanın namizədliyini irəli sürdüyünü açıqlayıb. İş adamı inkişaf etməkdə olan ölkələrdə biznesə uğurla rəhbərlik etmək və dövlət-özəl sektor tərəfdaşlıq əlaqələrini gücləndirməkdə böyük təcrübəyə malik, maliyyə məsələləri ilə tanış olan biznes lideridir”, - məlumatda deyilir.
Qeyd edək ki, 63 yaşlı Banqa Hindistanda doğlulub. Onun namizədliyinin təsdiqlənəcəyi təqdirdə biznesmen Dünya Bankının hazırkı prezidenti Devid Malpası əvəz edəcək.
Xatırladaq ki, sonuncu vaxtından əvvəl (iyunun 30-dək) istefa vermək qərarına gəlib.
Oxu.Az