dunya-bankinin-resmisi-azerbaycana-tesekkur-edib

Dünya Bankının rəsmisi Azərbaycana təşəkkür edib

Azərbaycan hökumətinə COP29-a ev sahibliyi edəcəyi üçün təşəkkür edirəm.

Bunu Dünya Bankının iqlim və sağlamlıq qlobal proqramının rəhbəri Tamer Rabia “Sağlam gələcəyin proqnozlaşdırılması” qlobal sammitinin üçüncü günündə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COP29-da iki əsas məsələ sağlamlıq və iqlimlə bağlıdır: “Hər iki istiqaməti nəzərə almağa çalışırıq. Ən effektiv həll yollarını tapmağa çalışacağıq. Həmçinin vacib məqamlardan biri də maliyyə resursları ilə bağlıdır. Özəl şirkətlərin bu prosesdə aktiv iştirakı lazımdır”.

T.Rabia bildirib ki, 2044-cü ildə insanların çoxu yoxsul olacaq: “Dünya Bankı bu məsələ ilə bağlı müəyyən işlər görür. Biz çalışırıq ki, həm sağlamlıq, həm də maliyyə məsələsini nəzərə alaq. Bunun üçün əməliyyatlar planı hazırlanır. Dünya Bankı bir çox ölkə kimi Azərbaycana da dəstək olur".

“Malyariyaya son” təşkilatının baş direktoru Martin Edlund isə vurğulayıb ki, COP29-da COP28-də qəbul olunan qərarların icrası müzakirə olunacaq: “Əsas məsələlər sağlamlıq və iqlimlə bağlıdır Biz COP29 zamanı COP28-də qəbul olunan qərarların hansı təsirə malik olduğunu görəcəyik. Noyabra qədər bəzi qərarların icrası mümkündür”.

Report