dunya-bazarinda-neft-qiymetleri-deyisib

Dünya bazarında neft qiymətləri dəyişib

Dünya bazarında neft qiymətləri azalıb.

Belə ki, WTI markalı neftin may füçersləri 0,64% ucuzlaşaraq bir barelinin qiyməti 84,81 ABŞ dolları olub.

“Brent” markalı neftin may füçersləri isə 0,54% ucuzlaşaraq bir barelinin qiyməti 89,53 ABŞ dolları təşkil edib.