dunya-bazarinda-neft-qiymetleri

Dünya bazarında neft qiymətləri

“Brent” markalı neftin qiyməti kəskin artaraq 1 bareli 85,2 ABŞ dolları təşkil edib.

Londonun ICE birjasında “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 1 barel üçün 85,16 dollar təşkil edib. Bu da əvvəlki sessiyanın yekun qiymətindən 1,97 dollar (2,37 %) çoxdur.

Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin yanvar fyuçerslərinin qiyməti 1 barel üçün 78,87 dollar təşkil edib. Bu isə əvvəlki sessiyanın yekun qiymətindən 1,53 dollar (1,98 %) yüksəkdir.