Dünya bazarında neft qiymətləri artıb.
Belə ki, WTI markalı neftin yanvar fyuçersləri 0,99% bahalaşaraq, bir bareli 72,72 ABŞ dolları olub.
“Brent” markalı neftin fevral fyuçersləri 0,88% bahalaşaraq, bir barelin qiyməti 77,85 ABŞ dolları təşkil edib.