Dünya bazarlarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,13 % bahalaşaraq 1 bareli 86,99 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,04 % düşərək 1 bareli 81,19 ABŞ dolları təşkil edib.
Çin bir sıra iri şəhərlərdə koronavirus tədbirlərinin yumşaldıldığını elan edib, bu isə sərmayədarlara ölkədə işgüzar aktivliyin və müvafiq olaraq neftə tələbatın artacağına ümid etməyə imkan verir.