dunya-bazarinda-neft-qiymetleri

Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft ucuzlaşmaqda davam edir.

Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,36 % ucuzlaşaraq, 1 bareli 86,87 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,34 % düşüb və 1 bareli 80,85 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, cari rübün əvvəlindən “Brent” nefti 24,4 %, WTI markalı neft isə 24% ucuzlaşıb.

Treyderlər OPEC+ alyansının qəti addımlar atacağını gözləyirlər.