dunya-bazarinda-neft-qiymetleri

Dünya bazarında neft qiymətləri

ABŞ-da benzin ehtiyatlarının azalması və dolların ucuzlaşması səbəbindən dünən son iki həftənin maksimumlarına çatdıqdan sonra neft bu gün də cüzi bahalaşıb.

Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,25 % bahalaşaraq 1 bareli 95,93 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,22 % artaraq 1 bareli 88,1 ABŞ dolları təşkil edib.

Daha əvvəl ABŞ-ın Energetika Nazirliyi ötən həftə ölkədə neftin kommersiya ehtiyatlarının 2,59 milyon barel artdığını açıqlamışdı. Bundan başqa, ölkədə benzin ehtiyatları 1,48 milyon barel azalıb, distillyat ehtiyatları isə 170 min artıb.