dunya-bazarinda-neft-qiymetleri

Dünya bazarında neft qiymətləri

Neft qiymətləri düşməkdə davam edir.

Marja.az xəbər verir ki, bu gün səhər Brent neftinin qiyməti 91,36 dollaradək, ABŞ xam neftinin qiyməti isə 85,30 dollardək düşüb.

Qeyd edək ki, qlobal iqtisadiyyatda tənəzzül olacağına dair gözləntilər neftin ucuzlaşmasına səbəb olur. İqtisadi artımın dayanması ilə neftə tələbin azalacağı bildirilir.