Çində COVID-19-un yayılması ilə bağlı narahatlıqlar fonunda neftin qiyməti düşməkdə davam edir.
Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 1,3% ucuzlaşaraq, 1 bareli 108,07 ABŞ dollarına satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə 1,36% aşağı düşərək, 1 bareli 104,52 ABŞ dolları təşkil edib.
Neftin ən böyük neft idxalçısı olan Çində koronavirusa yoluxmanın dünya iqtisadiyyatına artan təsiri mənfi dinamikanı şərtləndirən əsas amildir. Hökumət pandemiyanın yayılmasının qarşısını almaq üçün sərt məhdudlaşdırıcı tədbirlər görmək məcburiyyətində qalıb.
Həftənin əvvəlindən indiyədək “Brent” nefti 10,47%, WTI markalı neft isə 8,3% ucuzlaşıb.
Çində neftə gündəlik tələb, təxminən, 15 milyon barel təşkil edir. Koronavirus məhdudiyyətlərinin artırılması neftə olan tələbə ciddi təsir göstərə bilər.