dunya-bazarinda-neftin-qiymeti-1-den-cox-artib

Dünya bazarında neftin qiyməti 1 %-dən çox artıb

Ukrayna və Rusiya arasında siyasi gərginliyin davam etdiyi bir zamanda dünya bazarında neftin qiyməti 1 %-dən çox artıb.

Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 1,14 % bahalaşaraq, 1 bareli 95,51 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti 1,41 % artıb və 1 bareli 94,39 ABŞ dolları təşkil edib.

Qiymət artımına geosiyasi gərginlik səbəb olub. “Wall Street Journal” yazır ki, “Brent” markalı neftin qiyməti bir barel üçün asanlıqla 100 ABŞ dollarını ötə bilər.

Lakin İran ilə nüvə danışıqlarının sona yaxınlaşması haqqında xəbərlər qiymət artımına bir qədər mane olur.