dunya-bazarinda-neftin-qiymeti

Dünya bazarında neftin qiyməti

“Qara qızıl”a tələbin azalması ehtimalı fonunda dünya bazarında neftin qiyməti düşüb.

“Brent” markalı neftin noyabr fyuçersləri 1,44 % ucuzlaşaraq 91,52 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 1,64 % düşərək 1 bareli 85,37 ABŞ dolları təşkil edib.

“Qara qızıl”ın qiymətləri qlobal iqtisadiyyatda mümkün tənəzzül səbəbindən tələbin potensial azalmasının təzyiqi altındadır. Bu ssenari mərkəzi bankların pul siyasətinin sərtləşdirilməsi və yüksək inflyasiya ilə mübarizədə faiz dərəcələrinin artırılması ilə dəstəklənir.

Bundan əlavə, ən böyük neft idxalçısı olan Çində koronavirusa yoluxma hallarının sayı diqqət mərkəzində qalmaqda davam edir. Belə ki, Çin hakimiyyəti hərəkət məhdudiyyətlərini saxlamaqla benzin istehlakının azalmasına səbəb olur.