dunya-bazarinda-neftin-qiymeti

Dünya bazarında neftin qiyməti

Tələbin artması fonunda dünya bazarlarında neft bahalaşıb.

Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,57% bahalaşaraq, 1 bareli 110,62 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti 0,47% artıb və 1 bareli 110,8 ABŞ dolları təşkil edib.

ABŞ-da avtomobil mövsümünün başlaması yanacağa olan tələbatı artırır.

Bundan başqa, ABŞ dollarının zəifləməsi də “qara qızıl”ın qiymətinə müsbət təsir göstərir. Belə ki, ABŞ dollarının indeksi 0,42% düşərək 102,72 bəndə enib. Ucuz ABŞ dolları xammal materiallarını, o cümlədən nefti başqa valyutalarla alış üçün əlçatan edir.