dunya-bazarlarinda-neft-bahalasib

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 2% artaraq 1 barelə görə 58,53 dollar təşkil edib.

Insider.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,73% artaraq 54,50 dollar təşkil edib.