Dünya bazarında neft qiymətləri azalıb.
Belə ki, WTI markalı neftin may füçersləri 0,23% ucuzlaşaraq, bir barelinin qiyməti 83,07 ABŞ dolları olub.
“Brent” markalı neftin iyun füçersləri 0,31% ucuzlaşaraq, bir barelinin qiyməti 87,06 ABŞ dolları təşkil edib.