Çində koronavirusun yenidən yayılması haqqında xəbərlər dünya bazarlarında neftin qiymətinin düşməsinə səbəb olub.
Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,05 % ucuzlaşaraq 1 bareli 92,59 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,07 % düşüb və 1 bareli 85,77 ABŞ dolları təşkil edib.
Məlumata görə, 32 milyondan çox insanın yaşadığı Çinin Çunsin meqapolisində koronavirusa yoluxanların sayı 753 nəfərə çatıb.
Bundan əlavə, treyderlər ABŞ Energetika Nazirliyinin həftə ərzində ölkədə neftin kommersiya ehtiyatlarının 3,9 milyon barel artması haqqında məlumatları qiymətləndirirlər. Bunun 2021-ci ilin iyul ayından sonra ən yüksək artım olduğu bildirilir.
Report