Dünya bazarında neft qiymətləri 1 %-dən çox artıb.
“Brent” markalı neftin may fyuçersləri 1,1 % bahalaşaraq 75,52 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,14 % artaraq 1 bareli 69,13 ABŞ dolları təşkil edib.
Neftin bahalaşmasını bir sıra amillər, o cümlədən korreksiya dinamikası, treyderlərin riskə getməsi və dolların ucuzlaşması şərtləndirir.
Bu arada, ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,26 % azalaraq 104,15 bənd təşkil edib. Dolların ucuzlaşması nefti digər valyutalarda alış üçün əlverişli edir.