G7-nin və Avropa ittifaqının qiymət məhdudiyyətinə cavab olaraq Rusiyanın xam neft hasilatını azalda biləcəyini açıqlaması və ABŞ-da şaxtalı soyuq havanın neft hasilatını azaltması ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir.
Bakı vaxtı ilə saat 07:25-də Brent nefti 3,6% bahalaşma ilə 83,92 dollardan, ABŞ xam nefti isə (WTI) 2,6% bahalaşma ilə 79,56 dollardan ticarət olunub.
Fırtına ABŞ-ın təxminən üçdə ikisinə təsir edir. Ölkədə neft, qaz hasilatı azalıb, neft emalı zavodları bağlanıb.
"Rusiya 2023-cü ilin əvvəlində neft hasilatını 5-7% azalda bilər", - Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib.
İsveçrənin UBS bankı, Rusiyanın hasilatını azaltması və Çində COVID-lə bağlı məhdudiyyətlərin yumşaldılması ilə gələn il qiymətlərin bir barel üçün 100 dollardan yuxarı qalxacağını gözləyir.
Marja