Çərşənbə axşamı səhər neft yanacaq tədarükü çatışmazlığı ilə bağlı narahatlıq fonunda bahalaşıb.
“Brent” markalı neftin avqust fyuçerslərinin 1 barelinin qiyməti 0,97 % və ya 1,11 ABŞ dolları bahalaşaraq 115,24 dollar təşkil edib. WTI neftinin avqust fyuçerslərinin 1 barelinin qiyməti isə 2,01 dollar artaraq 114,13 dollara satılıb.
Nyu York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin avqust fyuçerslərinin 1 barelinin qiyməti 2,01% və ya 2,17 dollar bahalaşaraq 110,16 dollar təşkil edib.