Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,13 dollar və ya 0,24% artaraq 54,03 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,03 dollar və ya 0,05% artaraq 62,17 dollar təşkil edib.