Dünya birjalarında neftin qiyməti azalıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,60 dollar və ya 1,06% azalaraq 55,99 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,84 dollar və ya 1,26% azalaraq 66,03 dollar təşkil edib.