Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,40 dollar və ya 0,62% artaraq 64,45 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,23 dollar və ya 0,32% artaraq 71,95 dollar təşkil edib.