dunya-birjalarinin-deyeri-qlobal-gelire-yaxinlasdi

Dünya birjalarının dəyəri qlobal gəlirə yaxınlaşdı

Dünya Birjalar Federasiyasının (WFE) məlumatına görə, dünya birjalarının cəmi bazar dəyəri 2019-cu  ilin 1-ci yarısının sonunda 82,3 trilyon dollara çatıb. Ötən ilin sonunda dünya birjalarının cəmi bazar dəyəri 74,7 trilyon dollara çatmışdı. Dünya birjalarının cəmi bazar dəyəri, cari ilin ilk yarısında 2018-ci ilin sonu ilə müqayisədə  7,6 trilyon dollarlıq artım qeyd edib. 

İnsider.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (IMF) qlobal milli gəlirin 2019-cu ilin sonunda 87,3 trilyon dollar səviyyəsinə çatacağını nəzərdə tutur. Bu da dünya birjalarının bazar dəyəri baxımından qlobal milli gəlirə yaxınlaşdığını ortaya qoyur.

Təxminlərə görə, 2019-un sonunda 21,3 trilyon dollarla "dünyanın ən böyük  iqtisadiyyatı" titulunu qoruması gözlənilən ABŞ-da, Nyu York (NYSE) və Nasdaq  birjalarının cəmi bazar dəyəri 35,9 trilyon dollar təşkil edir. 

Bu il milli gəlirini 14,2 trilyon dollara qaldırması gözlənilən Çində isə Şenzen və Şanxay birjalarının cəmi bazar dəyəri 7,8 trilyon dollar səviyyəsindədir. 

Yaponiyanın iqtisadi böyüklüyünün 5,2 trilyon dollara çatacağı nəzərdə tutulur. Artıq ölkə birjasının bazar dəyəri 5,6 trilyon dollardır. 

Beləcə dünyanın ən böyük 3 iqtisadiyyatında olan birjaların bazar dəyəri, bu ölkələrin milli gəlirindən yüksək bir səviyyəyə çatıb.

Təxminlərə görə, 2019-cu ilin sonunda dünyada iqtisadiyyatı 1 trilyon dolları aşması gözlənilən 16 ölkə olacaqdır. Bu ölkələr; ABŞ, Çin, Yaponiya,  Almaniya, Hindistan, İngiltərə, Fransa, İtaliya, Braziliya, Kanada, Koreya, Rusiya,  İspaniya, Avstraliya, Meksika və İndoneziya şəklində sıralanır.

Dünyada bazar dəyəri 1 trilyon dolların üzərində olan 16 birja var.