Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov vətənə qayıdıb.
Cüdoçunu daşıyan təyyarə saat 00:06-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
İdmançını hava limanında idman xadimləri, jurnalistlər və cüdo həvəskarları qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Mayın 20-də Hidayət Heydərov (73 kq) dünya çempionu olub.
Report