İyunun 25-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,67% – 26 548,22 bəndədək yüksəlib, "S&P 500" 0,95% – 2 917,38 bəndədək, "Nasdaq" isə 1,51% – 7 884,72 bəndədək enib.
İnsider.az-ın məlumatına görə, Avropa fond bazarlarında iyunun 25-də "FTSE 100" indeksi 0,08% – 7 422,43 bəndədək yüksəlib, Almaniya "DAX"-ı 0,38% – 12 228,44 bəndədək, Fransa "CAC-40" isə 0,13% – 5 514,57 bəndədək enib.
"COMEX"-də qızılın bir unsiyasının qiyməti 0,79% artaraq, 1 436,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,22% azalaraq, 1,137 dollar təşkil edib.