İyulun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 27 222,97 bəndədək, S&P 500 0,36% – 2 995,11 bəndədək, Nasdaq isə 0,27% – 8 207,24 bəndədək yüksəlib.
İnsider.az-ın məlumatına görə, Avropa fond bazarlarında iyulun 18-də FTSE 100 indeksi 0,56% – 7 493,09 bəndədək, Almaniya DAX-ı 0,92% – 12 227,85 bəndədək, Fransa CAC-40 isə 0,38% – 5 550,55 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,36% artaraq 1 435 dollara bərabər olub.
İyulun 18-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,45% artaraq 1,127 dollar təşkil edib.
©Apa