dunya-fond-bazarlarinin-esas-indeks-gostericileri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyulun 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,85% – 27 088,08 bəndədək, S&P 500 0,23% – 2 999,91 bəndədək yüksəlib, Nasdaq isə 0,08% – 8 196,04 bəndədək enib.

İnsider.az-ın məlumatına görə, Avropa fond bazarlarında iyulun 11-də FTSE 100 indeksi 0,28% – 7 509,82         bəndədək, Fransa CAC-40 0,28% – 5 551,95 bəndədək, Almaniya DAX-ı isə 0,33% – 12 332,12 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 420,5 dollara bərabər olub.

İyulun 11-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə əvvəlki kimi 1,125 dollar təşkil edib.

©APA-Economics