Avropalı alimlər və meteoroloqlar iyunun sonunda gözlənilən anomal istilərə görə minlərlə insanın öləcəyini proqnozlaşdırırlar.
İnsider.az xəbər verir ki, bu barədə məlumatı “Vaşinqton Post” qəzeti yayıb.
Alimlərin proqnozuna görə, növbəti cümə günü Madriddə temperatur 40,6 dərəcəyə, Fransada isə 45 dərəcəyə qədər yüksələcək. Fransada bunun tarixi rekord olacağı və 2003-cü ildə qeydə alınan, 11 min fransızın ölümünə səbəb olan 44,1 dərəcəlik temperaturu üstələyəcəyi vurğulanıb.
Qəzetə açıqlama verən Potsdam Universitetinin klimatoloqu Stefan Ramstorf anomal istilərin qaçılmaz olduğunu bildirib:
“İstilik səssiz qatildir. Keçən il istilər ucbatından Almaniyada 1000 nəfər, 2003-cü ildə Avropada isə ümumilikdə 70 min nəfər ölüb”.
Onun sözlərinə görə, Avropada son 1500 ildən bu yana ən isti dövr 2016 və 2018-ci ildə qeydə alınıb.
©Modern.az