“Dünya Turizm Təşkilatının Rusiyda keçirilən Baş Assambleyasının iclasında Azərbaycan da təmsil olunacaq”.
İnsider.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, Assambleyanın Peterburqda və Moskvada keçirilən iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edəcək: “Bundan əlavə, iclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur”.
K.Quluzadə qeyd edib ki, sentyabrın 10-13 tarixlərində Peterburqda, sentyabrın 14-15 isə Moskvada olacayıq.
Xatırladaq ki, Dünya Turizm Təşkilatının Baş Assambleyasının iclası sentyabrın 9-dan başlayıb .