Dünyada koronavirusa yoluxma halları bir həftə ərzində demək olar ki, iki dəfə artıb.
Artım artıq ikinci həftədir ki, ardıcıl olaraq baş verir.
Ümumilikdə, mayın 15-dən mayın 21-dək 5,7 milyondan çox yoluxma qeydə alınıb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 70% çoxdur və aprelin sonundakı səviyyəyə uyğundur.
Eyni zamanda, ölüm halları da kəskin artıb. Son yeddi gündə 24,9 min nəfər koronavirusdan dünyasını dəyişib ki, bu da keçən həftə ilə müqayisədə 134% çoxdur.
Məlumat üçün bildirək ki, əvvəlki dörd həftədə COVID səbəbiylə 20 mindən az ölüm qeydə alınıb.