dunyada-en-cox-pul-qazanan-insan

Dünyada ən çox pul qazanan insan

Koronavirus müddətində dünyada ən çox pul qazanan insan olan Amazon-un rəhbəri Jeff Bezos-un sərvəti təkrar 150 milyard dollar səviyyəsini aşıb.

İnsider.az xəbər verir ki, ilk dəfə 2018-ci ilin İyun ayında 150 milyard dollar səviyyəsini aşan Bezosun sərvəti daha sonra Amazon-un səhmlərinin ucuzlaşması və boşandığı həyat yoldaşına ödədiyi inanılmaz aliment (35 milyard dollar) ilə əlaqədar olaraq azalmışdı.

Business Insider-də yer alan xəbərə görə, 2020-ci ilin əvvəlindən bu yana fərdi sərvətinə 35 milyard dollar əlavə edən Bezos, həmçinin ilin əvvəlindən bu yana 175 min nəfəri işə götürüb.

İlin əvvəlində 2000 dollardan ucuz olan Amazon səhminin qiyməti bu gün 2524 dollara yüksəlib.

Jeff Bezosun əlində 55 milyon ədəd Amazon səhmi var.

Dünyanın ən varlı 5 adamı, milyard dollar ilə

Marja