Sinqapurun hakimiyyət orqanları dünyada ilk dəfə laboratoriya şəraitində hazırlanmış ətin satışına icazə verib.
İnsider.az xəbər verir ki, bu barədə Sinqapurun Ərzaq Agentliyinin bəyanatında deyilir.
"Daxil olmuş təklifləri qiymətləndirərək və onların təhlükəsizliyini müəyyən edərək, Amerikanın “Eat Just” şirkətinə Sinqapurda süni toyuq ətini satmağa icazə verilməsi barədə qərar qəbul olunub", - xəbərdə deyilir. Bu halda agentliyin rəhbəri Tan Li Kim qeyd edib ki, əməkdaşlar təhlükəsizliyi qiymətləndirməyə davam edəcəklər. Bununla yanaşı, ekspertlərlə sonrakı konsultasiyalar keçiriləcək, həmçinin bazara daxil olacaq yeni məhsullar araşdırılacaq.
“Eat Just” şirkətinin nümayəndələri isə bildiriblər ki, "laboratoriya şəraitində alınmış ət mikroblar baxımından əhəmiyyətli dərəcədə təmizdir. "Keçirilmiş analizlər həmçinin daha yüksək zülalın, müxtəlif amin turşularının, faydalı piylərin və mineralların miqdarlarını göstərdi", - şirkətdə qeyd ediblər.
“Report”