Amerika sahibkarı və “Amazon”un banisi Ceff Bezos bir neçə il sonra dünyada ilk trilyonçu ola bilər.
İnsider.az xəbər verir ki, kiçik biznes üçün “Comparisun” konsultasiyalar xidmətinin ekspertləri əmindirlər ki, Bezosun sərvəti 2026-cı ildə 1 trilyon ABŞ dollarına çatacaq.
İndi o planetin ən varlı insanı hesab edilir. Hazırda Bezosun sərvəti təxminən 143 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Pandemiya ilə əlaqədar “Amazon” səhmlərinin onlayn alınmaları tələbatın artması səbəbindən kəskin bahalaşıb.
Daha əvvəl bildirilirdi ki, Bezos koronavirus pandemiyası fonunda 2020-ci ildə 24 milyard ABŞ dolları qazanıb.
Qeyd edilir ki, siyahıda amerikalıdan sonra ikinci yerdə Çindən olan Syuy Szyain qərarlaşa bilər.