dunyada-olan-yoxsul-insanlarin-sayi-aciqlandi

Dünyada olan yoxsul insanların sayı açıqlandı

Dünyada 1,3 milyard yoxsul insan var. 

İnsider.az  Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının(BMT) göstəricilərinə istinadən xəbər verir ki, Dünyadakı ümumi əhalinin təxminən 23%-ni təşkil edən yoxsulların yarısının yaşı 18- dən,  üçdə birinin yaşı isə 10-dan aşağıdır.

Qeyd edək ki, 17 Oktyabr Ümumdünya Yoxsulluqla Mübarizə Günüdür. 
 
Dünyada yoxsulluğun azalması yavaşlayıb, müharibələrin və qıtlıq kimi böhranların yaşandığı bölgələrdə yoxsullar artır.

Ən yoxsul ölkə Liberiyadır.
 
Dünyada ən yoxsul ölkə Liberiyadır. Liberiyada adambaşına illik 710 dollar gəlir düşür. Bu ölkənin ardınca  Orta Afrika Respublikası (730 dollar), Burundi (770 dollar), Konqo Demokratik Respublikası (870 dollar), Nigeriya (990 dollar), Malavi (1180 dollar), Mozambik (1200 dollar), Sierra Leone (1480 dollar), Madaqaskar (1510 dollar) və Qəmər (Komor) Adaları (1 570 dollar) gəlir. 

Digər tərəfdən, qeyri-kafi bəslənən insan sayının yüksəlişdə olduğu dünya üzrə 820 milyondan artıq adam, yəni 9 nəfərdən biri, aclıqla mübarizə edir.

Marja