dunyanin-21-olkesinden-olan-taninmis-seyahetciler-qarabagda-seferdedir

Dünyanın 21 ölkəsindən olan tanınmış səyahətçilər Qarabağda səfərdədir

Dünyanın 21 ölkəsindən olan tanınmış səyahətçilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

Üçgünlük səfər çərçivəsində onlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər.

Səfər zamanı xarici səyahətçilər bu ərazilərdə yerləşən tarixi və mədəni abidələrlə tanış olacaq, həmçinin ermənilərin işğalı dövründə törədilmiş dağıntıları gözləri ilə görəcəklər.

Report