"Facebook"dakı "Cars in Baku" səhifəsinin yaydığı məlumata görə, dünyanın ən bahalı avtomobili "Rolls-Royce Sweptail" müvəqqəti olsa da tranzit olaraq "Baku Cargo Terminal"ına gətirilib.
İnsider.az-ın məlumatına görə, səhifə qeyd edib ki, avtomobilin qiyməti 12 milyon 800 min dollardır.
Səhifə istifadəçilərin nəzərinə çatdırıb ki, avtomobil tranzit olaraq gətirilib: "Yəni bir neçə saat/günlük. Sahibi çinli iş adamıdır və avtomobil kolleksioneridir. Bu avtomobil sırf onun üçün individual olaraq 1 nüsxədə hazırlanıb".
©Marja