Dünyanın ən bahalı şərabı daha Burqundiyada deyil, bordo şərablarının vətəni olan Fransanın cənub-qərbində istehsal olunur.
İnsider.az bildirir ki, bu barədə Fransanın “Vitisphere” professional nəşri məlumat verib.
Qeyd edilir ki, bu şərəf məşhur “Le Domaine de la Romanee-Conti”dən (şərab mütəxəssisləri arasında DRC kimi tanınır – red.) Qrav subregionunda istehsal olunan “Liber Pater” şərabına keçib.
Ötən il bordo şərabları arasında ən bahalısı olan “Liber Pater”, artıq bir şüşə üçün dünyanın ən bahalı qiyməti ilə satılır və əsas rəqibi DRC-ni geridə qoyur.
2006-cı ildə “Liber Pater” fermer təsərrüfatını yaradan Loik Paske, 2015-ci ilin məhsulu olan şərabının bir şüşəsini 30 min avroya qiymətləndirir, bu da istehsalçının digər şərablarının adi orta qiymətindən yeddi dəfə bahadır.
© Oxu.az