Çinin Şençjen şəhərində (Cənubi Quandun) yerləşən dünyanın ən böyük elektronika bazarı “Huaqiangbei” yerli koronavirus epidemiyası səbəbindən dörd gün müddətinə bağlanıb.
Elektronika mağazalarının bütün işçilərinə sentyabrın 1-dək evdə iş rejiminə keçmələri bildirilib. Nəticədə, bu məhəllədə yerləşən böyük ticarət mərkəzlərinin bütün şəbəkəsi bağlanıb. Yerli media mağazaların sifarişləri qəbul etməyə davam edəcəyini yazır, lakin çatdırılma ilə bağlı hələ də aydınlıq yoxdur.
Yerli hökumət Futian və Lohu şəhər ərazilərində koronavirusa yalnız bir neçə nəfərdə yoluxma aşkar edildikdən sonra qismən bağlanıb. Bu ərazilərdəki altı küçənin bütün sakinləri dörd gün müddətinə ev karantininə alınıblar. Metronun işi və bütün iş fəaliyyəti də dayandırılıb.
Oxu.Az