dunyanin-en-boyuk-fondu-zererini-aciqladi

Dünyanın ən böyük fondu zərərini açıqladı

Dünyanın ən böyük suveren fondu olan Norveç Fondu 2020-ci ilin ilk yarısında 21 milyard dollar itirib.

İnsider.az xəbər verir ki, Fondun yaydığı məlumata görə, ilk 6 ayda aktivlər 3.4% ya da 188 milyard kron (21 milyard dollar) "əriyib".

Fondun itirməsinə əsasən 2020-ci ilin 1-ci rübündə səhmlərin kəskin ucuzlaşması səbəb olub. 

Fondun açıqlamasında, "Bazarların ikinci rübdə yaxşı bir yığışma göstərmələrinə qarşı, hələ də qeyri-müəyyənliyə şahid oluruq" deyilir. 

Norveç Fondu 1.2 trilyon dollar böyüklüyündədir.