dunyanin-en-boyuk-hava-limaninin-istismar-tarixi-aciqlanib

Dünyanın ən böyük hava limanının istismar tarixi açıqlanıb

Çinin paytaxtı Pekin şəhərinin mərkəzindən cənubda yerləşən yeni Dasin Beynəlxalq Hava Limanı 2019-cu il sentyabrın 30-dək istismara veriləcək.

İnsider.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, Pekinin yeni aeroportu ulduz şəklində inşa edilmiş ilk hava limanıdır. Qeyd olunur ki, ulduz şəklində dizayn reyslərə qeydiyyatı və sərnişinlərin transferini sürətləndirməyə imkan verəcək. Belə ki, mərkəzi zona ilə minik üçün ən uzaq qapılar arasındakı məsafə maksimum 600 metrdir. Bu isə Asiya və Avropanın digər hava limanlarına nisbətən daha azdır. Dasində baqajın verilməsi də digər hava limanlarına nisbətən daha sürətli olacaq.

Hazırda Dasinin infrastrukturunun tikintisi artıq başa çatıb. Açılış zamanı terminalın sərnişin buraxıcılıq qabiliyyəti ildə 45 milyon nəfər olacaq. 2025-ci ilə qədər bu rəqəmin 72 milyona çatdırılması planlaşdırılır.

Hava limanının Çinin və dünyanın ən böyük inteqrasiya nəqliyyat mərkəzi olacağı gözlənilir. Aeroportun inşa xərcləri 80 milyard yuan (13,1 milyard dollar) səviyyəsində qiymətləndirilir və bu, layihənin Çinin mülki aviasiya tarixində ən bahalı olduğunu göstərir.

©Report