dunyanin-en-boyuk-qizil-rezervi-olan-olkelerin-top-10-lugu

Dünyanın ən böyük qızıl rezervi olan ölkələrin TOP-10-luğu

2018-ci ildə mərkəzi bankların aldığı qızıl həcmi son 50 ildə maksimal həddə kimi artıb. Bu tendensiya cari ildə də davam edir. Fevralda satınalma həcmi ötən dörd ayın göstəricilərini ötüb.

İnsider.az DVF və Ümumdünya Qızıl Şurasının məlumatlarına əsasən, ən böyük qızıl ehtiyyatına malik olan ölkələrin TOP 10-nu təqdim edir:

10. Hindistan

Rəsmi qızıl rezervi: 608,7 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 6,4%

Dünya iqtisadiyyatının artım templəri azaldıqca, inkişafda olan bazarlar öz qızıl rezervlərini artırmağa çalışır.

Hindistanda qızıl valyuta rezervləri ötən ilin avqustundan başlayaraq sabit şəkildə artmaqdadır.

9. Niderland

Rəsmi qızıl rezervi: 612,5 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 65,9%

Son illərdə Niderland öz qızılını ölkənin ərazisinə geri qaytarmağa can atır.

Belə ki, Mərkəzi Bank qızıl rezervlərinin Nyu-Yorkdan repatriasiyası “cəmiyyətin inamına müsbət təsir” göstərəcəyini bildirib.

8. Yaponiya

Rəsmi qızıl rezervi: 765,2 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 2,5%

Yaponiyanın dünya qızıl rezervlərindəki payı, DVF məlumatına əsasən, ötən ildə 5,2%% təşkil edərək, son 15 ildə maksimum həddə yüksəlib.

7. İsveçrə

Rəsmi qızıl rezervi: 1 040 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 5,5%

Təxminən 8,4 milyon əhaliyə malik olan İsveçrə adambaşına qızıl ehtiyyatı həcminə görə ən iri ölkə sayılır.

6. Çin

Rəsmi qızıl rezervi: 1 874,3 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 2,5%

Çin iqtisadi artımın ləngiməsindən gələn zərbəni yumşaltmağa imkan verən stimullaşdırma tədbirlərini tətbiq etdikcə, ölkənin Mərkəzi Bankı tədricən qızıl rezervi həcmini artırır.

Mart qızıl rezervi həcminin ard-arda artdığı dördüncü ay oldu.

5. Rusiya

Rəsmi qızıl rezervi: 2 150,5 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 19,1%

Rusiya da həmçinin tədricən öz qızıl rezervini artırır. “Bloomberg”-in məlumatına əsasən, ölkənin qızıl rezervi son onillikdə dörd dəfə artıb.

4. Fransa

Rəsmi qızıl rezervi: 2 436 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 61,1%

KİV-in verdiyi məlumata görə, ötən il Fransanın Bankı qızıl rezervinin keyfiyyətinin yaxşılaşdırılması üzərində işləməyə başlayıb.

Bu addım beynəlxalq bazardakı ticarətə olan köməyə yönəlib.

3. İtaliya

Rəsmi qızıl rezervi: 2 451,8 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 66,9%

İtaliyada populist hərəkatların populyarlığı artdıqca, ekspertlər ehtiyat edirlər ki, ölkənin qızıl rezervinin aqibəti qeyri-müəyyənliklə üzləşəcək.

Belə ki, yaxın vaxtda Romada qızıl rezervinə rəsmi sahiblik İtaliya Bankından ictimaiyyətə keçməyi təklif edilib.

2. Almaniya

Rəsmi qızıl rezervi: 3 369,7 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 70,6%

2017-ci ildə Almaniya milyardlarla dollar məbləğində iri qızıl həcmini repatriasiya edib.

Bu addımı Avropa mərkəzi bankları ictimaiyyətin inamını artırmaq cəhdi ilə əlaqələndirirlər.

Daha əvvəl Almaniyanın qızıl rezervinin bir hissəsi Paris və Nyu-Yorkda saxlanılırdı.

1. ABŞ

Rəsmi qızıl rezervi: 8 133,5 ton

Qızıl valyuta rezervində olan qızılın payı: 74,9%

ABŞ-ın qızıl rezervi digər ölkələrdən qat-qat böyükdür (əvvəlki pillələrdə yerləşən iki ölkədən, demək olar, iki dəfə çoxdur).

Samirə Məmmədova