dunyanin-en-iri-sirketlerinden-biri-azerbaycanda-oz-zavodunu-quracaq-sazis-imzalandi

Dünyanın ən iri şirkətlərindən biri Azərbaycanda öz zavodunu quracaq - SAZİŞ İMZALANDI

Bu gün CocaCola-nın yerli nümayəndəliyi olan "Azərbaycan Coca-Cola Bottlers" MMC ilə İqtisadiyyat Nazirliyi arasında AnlaşmaMemorandumu imzalanıb.

İnsider.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində məlumat paylaşıb.

Sazişə əsasən, dünyanın ən iri şirkətlərindən biri olan Coca-Cola Azərbaycanda öz zavodunu quracaq.

Nazir qeyd edib ki, bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.