Dünyanın yeni ən nəhəng aeroportu Pekində açılıb.
İnsider.az xəbər verir ki, Dasin aeroportu artıq ilk reyslərini qəbul etməyə başlayıb.
Qeyd edilib ki, layihə Çin mülki aviasiya tarixinin ən bahalı yatırımıdır. Aeroportun tikintisinə 80 milyard yuan (19,1 milyard AZN - red.) xərclənib.
Yaxın illərdə aeroport vasitəsilə illik 45 milyon sərnişinin daşınması gözlənilir. 2025-ci ildə bu rəqəmin 72 milyona, 2040-cı ildə isə 100 milyona çatması planlaşdırılır.
©Oxu.az