Dünyanın ən böyük aysberqi 30 ildən sonra ilk dəfə hərəkət etməyə başlayıb.
1986-cı ildə buz şelfindən qoparaq sonradan uzun illər Ueddel dənizində qalan “A23a” Antarktika aysberqi qəfildən Cənubi okeana (Antarktik okean) doğru sürünməyə başlayıb.
Bu barədə Britaniya Antarktika Xidməti xəbər verib.
Bildirilir ki, peyklər onun hərəkətə başlamaq üçün kifayət qədər əridiyini göstərib. Güclü küləklər və cərəyanlar isə buna şərait yaradıb.
“A23a” dünyanın ən qədim aysberqlərindən biridir, təxminən bir trilyon ton ağırlığındadır və təxminən 4000 kvadrat kilometr ərazini əhatə edir. Bu ölçüdə hərəkət edən aysberq nadir hallarda rast gəlindiyi üçün alimlər onun trayektoriyasını izləmək niyyətindədirlər.
Oxu.Az