Nə üçün çinli kişilər köz üstündə ayaqyalın gəzir, şotlandlar gəlinlərə pomidor atır, İslandiyada isə uşaqlar valideynləri döydüklərinə görə bulka alırlar? Bütün bunlar dünyada qeyri-adi ailə ənənələridir.
İnsider.az bəzi qəribə ənənələri təqdim edir:
Köz üzərində ayaqyalın
Çinli qadın hamilə olduğunu biləndə, uşağın atası gələcək ananı qucağına alaraq, yanan köz üstündən ayaqyalın keçməlidir. Hesab edilir ki, belə addım qadının hamiləlik vaxtı vəziyyətini yüngülləşdirir və təhlükəsiz doğuşu təmin edir. Çinlilər hesab edir ki, bu yolla kişi öz ailəsinə sevgi və dəstəyini ifadə edir.
Şaxtaya bircə balaqda çıxma
Yanvarın 25-i island ailələrində Ər günü (Bóndadagur) qeyd olunur. Bu gündə sayca dördüncü və ən soyuq qış ayı – Torri – başlayır. Qədim zamanlarda ailə başçısı hamıdan tez durur və təkcə köynək-şalvar geyinib, küçəyə çıxırdı. Bu kökdə o, evin ətrafında gəzir, qışın təzahürü sayılan Torrini tərifləyir və onu qonaq dəvət edərdi. Ər günündə həyat yoldaşları ərlərinə xüsusi qulluq edər və ənənəvi xörək – akulanın üzgəclərini və ya soyutma – hazırlayardılar. Xristianlığın qəbulu ilə ənənə XIX əsrin ortalarına kimi unudulmuşdu. Hazırda island kişiləri şəfəqəcən şaxtada çıxmır, amma qadınlar nəinki sevimli xörəkləri hazırlayır, həmçinin sevdiklərinə gül və hədiyyələr bağışlayırlar.
Qeyd edək ki, fevralın 18-i və 25-i aralığında bazar günü Arvad günü (Konudagur) qeyd olunur. Evin xanımı son qış ayını salamlayır, əri isə onun üzərinə gül və hədiyyələr tökür.
Əlavə olaraq, martın 4-ü island ailələri Bulka günü (Bolludagur) də qeyd edirlər. Ana və atalar şokoladlı kremlə bəzənmiş mürəbbəli bulkalar bişirirlər. Uşaqlar da valideynlərini rəngarəng əsa-çubuqlarla vurub, “Bolla, bolla, bolla!” (“Bulka, bulka, bulka!”) qışqırırlar. Bundan sonra isə valideyn uşağını almış “zərbə” sayına görə bulkalarla mükafatlandırmalıdır.
Üstü-başı batmış gəlinlər
Şotlandiyada ailə həyatı toydan qabaq gəlinin üzərinə turşumuş süd tökdükdən, xarab olmuş yumurta və pomidor tulladıqdan sonra başlayır. “Gəlinin qaralanması” bununla bitmir — üstü-başı batmış qızı bütün şəhərdə gəzdirirlər. Hesab olunur ki, bundan sonra cavan gəlin ailədə istənilən problemlərlə asan baş edəcək.
Digər ənənə siə təzə doğulmuş körpələrlə bağlıdır. Valideynlər uşağın nə dərəcə qənaətcil böyüyəcəyini qabaqcadan bilmək istəyirlər. Bunun üçün körpəyə sikkə verirlər. Əgər körpə sikkəni yumruğunda sıxsa, demək xəsis olacaq, yox əgər atsa, bədxərc və israfçı böyüyəcək.
Diş siçanı
Avropada, ABŞ-da, indi isə Rusiyada da uşaqlar düşmüş dişi Diş Pərisinə saxlayır və ondan sikkə və ya kiçik hədiyyə alır. Hindistan, Koreya və Vyetnamda isə adət fərqlidir. Valideynlər uşaqları dişi evin arxa həyətinə, mümkün qədər uzağa tullamağı və onun siçana çatmağını arzulamağı öyrədirlər. Hesab olunur ki, siçanların ömür boyu dişləri qaldığı üçün uşağın da möhkəm və sağlam daimi dişləri çıxacaq.
Babanın yanında olan nənə
İlk Nənələr gününü 1964-cü ildə “Qadın və həyat” həftəlik polyak jurnalı keçirmişdi. İki il sonra “Axşam ekspressi” daimi bayram tarixini – yanvarın 21-ni – təklif etdi. Elə o zaman polyaklar 22 yanvarı Dədələr günü etməyə qərar verdilər. O vaxtdan bayram ən mehriban ailə ənənəsinə çevrildi. Bu günlərdə nəvələr nənə və dədələrini ziyarət edir və ya qonaq gedə bilmirlərsə, açıqça göndərirlər. Uşaq baxçaları və məktəblərdə bütün ailə üçün konsertlər təşkil edilir. Lakin əsas diqqət nənələrə aiddir – polyak ailələrində onlara bağlılıq yüksəkdir və onlar əsas hesab olunur. Nənələr və babalar günü bir çox ölkələrdə var, lakin ancaq Polşada ölkə başçısı bu bayrama dair ayrıca müraciət yazır.
Şeir ən yaxşı hədiyyədir
“Sinterklaas” Danimarkada qış tətilləridir və bu vaxt bütün ailə üzvləri bir yerə yığışıb, bir-birinə hədiyyə edir və şeir yazırlar. Valideynlər və böyük uşaqlar poemanın kimə həsr ediləcəyini müəyyən edən püşkü atırlar. Şeir gülməli və çox şəxsi olmalıdır. Zarafatlar, sataşmalar və bədii kalamnurlar xoş qarşılanır.
“Hədiyyə gecəsi” danimarkalılar yanan şamları hazırlayır, bütün ailəcə dairəvi əyləşir və hər biri hədiyyə edilmiş şeiri ucadan oxuyur. Bundan sonra isə səsvermə ilə ən yaxşı poema seçilir. Xüsusilə yaxın insan üçün yazılmış şeirlər ən dəyərli və istəkli hədiyyə sayılır. Danimarkalılar doğmalarına şəxsi hədiyyələr etməyi, məsələn, xüsusi seçilmiş yazıları olan bacıların qolbaqlarını bağışlamağı sevirlər.
Samirə Məmmədova