Ümumdünya İqtisadi Forumunun “Twitter”-dəki səhifəsində dünyanın ən qüdrətli şəhərlərinin reytinqi yerləşdirilib. İnsider.az bu barədə "rb.ru"-ya istinadla bildirir.
Topluqdakı ilk pillədə 1692,3 xal yığmış Londondur.
Reytinqdə ikinci yeri 1565,3 xal göstəricisi ilə Nyu-York tutur. Lider üçlüyünü isə Tokio bağlayır (1462).
Həmçinin top-5-liyə Paris və Sinqapur da daxil olub. Altıncı pillədə Amsterdam, yeddincidə isə Seuldur. Ardı ilə Berlin, Honkonq və Sidney gəlir.
Altı meyar üzrə (iqtisadiyyat, tədqiqat və tərtibatlar, mədəni qarşılıqlı təsir, yaşayış üçün münbitlik, ətraf müit və əlçatanlıq) 44 şəhərin təhlilini hər il Fond Mori Şəhər Strategiyaları İnstitutu aparır. Hər meyar öz növbəsində ekspertlər tərəfindən dəyərləndirilən 70 müxtəlif göstəricilərə bölünüb. Hər şəhər ümumi 2600 xal toplaya bilər. Fondun saytında deyilənə görə, bu, maksimal dəyərdir.
Samirə Məmmədova